Sosial
Eltisini öldürən kosmetoloq həbs olundu
Kosmetoloq kimi fəaliyyət göstərən Ülviyyə İlyasova həbs edilib.
Publika.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu gün belə qərar çıxarıb.
Məhkəmə zərərçəkmiş şəxsin şikayətini əsaslı sayıb. Ü.İlyasova barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz “liposaksiya-piysovurma, bədən şəkilləndirmə” cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Bu, Ülviyyə İlyasova ilə bağlı ilk belə hadisə deyil. Belə ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova Bakıda evinin mətbəxində eltisi Səbirə Vəliyevanı qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilib. Bu ilin aprelində məhkəmənin hökmü ilə Ü. İlyasova 3 il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi bildirilib.
Ü.İlyasovaya son cinayətə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti il 3 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Sonradan Ali Məhkəmə hökmü ləğv edərək yenidən araşdırmaya göndərib./“Qafqazinfo”
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı









.jpg)
























