Sosial
23 kişi zorakılığa məruz qalıb - RƏSMİ
2026-cı ilin ilk üç ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 134 müraciət daxil olub.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq komitədən məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin ilk 3 ayında isə bu say 117 olub.
"Cari ilin ilk 3 ayında müraciət edən 134 nəfərdən 23-ü kişi, 106-ı qadın və 5-i uşaq olub. Müraciət edən kişilər adətən övladları ilə bağlı, övladlarının anaları və ya keçmiş həyat yoldaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı, həmçinin əksər hallarda psixi zorakılıq, bəzi hallarda iqtisadi zorakılıqla bağlı müraciət ediblər. Bu müddət ərzində kişilərin heç biri fiziki zorakılıqla bağlı müraciət etməyiblər.
Daxil olan 134 müraciətin 31-i psixi zorakılıq, 9-u iqtisadi zorakılıq, 93-ü fiziki zorakılıq və yalnız 1-i cinsi zorakılıq ilə bağlı olub", - məlumatda qeyd olunub.
Dövlət Komitəsindən vurğulanıb ki, daxil olan hər bir müraciət dərhal nəzarətə götürülür:
"Müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilir. Daxil olan 134 müraciətin hər biri aidiyyətı qurumlara göndərilib".
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
Hadisə1 May 23:15TƏBİB dəhşətli qəzada xəsarət alanların son vəziyyətini açıqladı - Yeniləndi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə1 May 18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 1 May 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial1 May 17:31Buraxılış imtahanının nəticələri elan olundu











.jpg)



.jpg)












.png)

.jpg)






