Sosial
"Azərsun Holdinq" rəqəmsal transformasiya istiqamətində fəaliyyətini genişləndirir
"Azərsun Holdinq" sənayenin rəqəmsal transformasiyası istiqamətində fəaliyyətini genişləndirir. Holdinq, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən proqram çərçivəsində aktiv iştirak edir və üç iri müəssisəsi ilə prosesə qoşulub.
Azərbaycanda uzun illərdir fəaliyyət göstərən "Azərsun Holdinq" sənayenin inkişafına verdiyi töhfələrlə yanaşı, istehsalatın modernləşdirilməsi və texnoloji yeniliklərin tətbiqi istiqamətində də ardıcıl addımlar atır. Bu çərçivədə holdinq rəqəmsal həllərin tətbiqi, istehsal proseslərinin optimallaşdırılması və resurslardan daha səmərəli istifadə imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirir.
Layihə çərçivəsində “Sun Tea” MMC və “AzərSüd” MMC-də istehsal proseslərinin təkmilləşdirilməsi, avtomatlaşdırma səviyyəsinin artırılması və idarəetmədə rəqəmsal alətlərin tətbiqi istiqamətində işlər aparılır. Görülən tədbirlər müəssisələrdə əməliyyat səmərəliliyinin yüksəldilməsinə və istehsalın daha çevik təşkilinə şərait yaradır.
Qeyd edək ki, bu kimi layihələr "Azərsun Holdinq"in istehsal gücünün artırılmasına, məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsinə və beynəlxalq bazarlarda mövqeyinin daha da möhkəmləndirilməsinə yönəlib. Holdinq gələcək dövrdə də rəqəmsal transformasiya istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı









.jpg)






















