Sosial
"Makler evləri" almaq istəyənlərin nəzərinə: Müştəriləri hansı risklər gözləyir?
Son illər daşınmaz əmlak bazarındakı bahalaşma nisəbətən ucuz təklif edilən "makler evləri"nə marağı artırıb.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, "makler evləri"nin ucuzluğu alıcıları cəlb etsə də, bu tikililərdə ciddi problemlər var. Bunu tikinti sahəsi üzrə ekspertlər deyirlər.
Ekspert Elnur Azadov bildirir ki, çıxarışı olmayan ərazilərdə tikilən bu evlər tikinti normaları nəzərə alınmadan, necə gəldi inşa edilir. Nəticədə bir neçə ildən sonra divarlarda çatlar yaranır, təmir qüsurları ortaya çıxır və əlavə xərclər qaçılmaz olur. Ucuz və keyfiyyətsiz materiallarla inşa edilən evlərin bir-birinə çox yaxın tikilməsi həyətlərdə toplanan suların axıdılmasını da çətinləşdirir və fövqəladə hallarda müdaxiləni məhdudlaşdırır.
Elnur Azadov deyir ki, belə evlərin cəlbedici olması, eyni ərazidə qaydalara uyğun tikililərdən dəfələrlə ucuz qiymətə təklif edilməsinə görədir.
Mütəxəssislər bildirirlər ki, ucuz qiymətə görə belə evlərə üstünlük vermək sonradan daha böyük maliyyə itkisinə səbəb ola bilər. Gələcəkdə belə tikililər hansısa səbəbdən sökülərsə, qanunla burda ev sahibinə kompensasiyanın verilməsi də nəzərdə tutulmayıb.
-
MDB11:52Bu şəhərdə dəhşətli küçə döyüşləri gedir
-
Səhiyyə11:44Afiyəddin İsgəndərova yüksək vəzifə verildi - FOTO
-
Digər10:55Yaxın vaxtlarda güclü zəlzələ olacaq?
-
Region10:39Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
-
Dünya10:12İsveçrə "Ölüm Mələyi" ilə bağlı gizli dosyeni açacaq
-
Region10:00Ermənistanda atışma - Generalın nəvəsi qıza görə adam vurdu
-
ABŞ08:30Dünyanın ən fəal terrorçusu məhv edildi - Tramp detalları açıqladı
-
ABŞ08:15ABŞ və İsrail İrana hücumları bərpa edəcək - Bu tarixdə






























.jpg)



