Suraxanıda elmi-praktik konfrans keçirildi - Fotolar
Bizi izləyin

Sosial

Suraxanıda elmi-praktik konfrans keçirildi - Fotolar

Suraxanıda elmi-praktik konfrans keçirildi -  Fotolar

Aprelin 9-da Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə BŞİH başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, RİH başçısının müavini Könül Axundova, rayonun təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və məktəblilər iştirak ediblər.

RİH başçısının müavini Könül Axundova bildirib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsi şagirdlər arasında tariximizə marağın artırılmasında mühüm rol oynayır. Qeyd olunub ki, müsabiqə vasitəsilə şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrlərini daha dərindən öyrənir, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi, eləcə də Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət barədə geniş biliklər əldə edirlər.

Konfrans çərçivəsində şagirdlər müxtəlif tarixi mövzular üzrə təqdimatlarla çıxışlar ediblər. İnteraktiv formatda təşkil olunan konfransda şagirdlər arasında mövzular üzrə müzakirələr aparılıb, onların tarix bilikləri yoxlanılıb. Eyni zamanda proqram çərçivəsində şagirdlərin ifasında vokal, pianino, şeir və milli rəqs nümunələri təqdim olunub, mövzularla bağlı videoçarx nümayiş etdirilib.

Sonda çıxış edən Elmin İmanov qeyd edib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslin tariximizə, milli-mənəvi dəyərlərimizə marağını artırmaq, onların tədqiqat aparmaq və analitik düşünmək bacarıqlarını inkişaf etdirməkdir. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki misilsiz xidmətlərindən, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan bəhs edib.

Tədbirin sonunda müsabiqənin rayon mərhələsində fərqlənən şagirdlər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub və mükafatlandırılıblar.










Oxumağa davam et
Reklam
Reklam

Gündəm