Sosial
Milli Məclis maaşlarla bağlı təklifi qəbul etdi
Milli Məclisdə Əmək Məcəlləsinə və “Gender bərabərliyinin təminatları haqqında” qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib. Dəyişikliklərin əsas məqsədi – işəgötürənlərin kişi və qadın işçilərə bərabər əməkhaqqı ödəmək öhdəliyini daha dəqiq müəyyənləşdirməkdir.
Publika.az xəbər verir ki, yeni layihəyə görə, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı verməlidir. İşin “bərabər dəyərli” sayılması əmək şəraiti, iş funksiyasının xarakteri və mövcud tarif-ixtisas sorğu kitabçalarına əsasən müəyyənləşdiriləcək.
Bununla bağlı “Gender bərabərliyinin təminatları haqqında” qanunun 9.1-ci maddəsi də yenidən işlənir. Hazırkı norma yalnız eyni dəyərli eyni işi yerinə yetirən kişi və qadınlara bərabər maaş verilməsini nəzərdə tutur. Bu isə bərabər dəyərli, lakin fərqli işləri görən işçiləri əhatə etmir. Yeni redaksiyada isə prinsip genişləndirilir: eyni və ya bərabər dəyərli işlər üçün bərabər əməkhaqqı təmin edilməlidir.
Beləliklə, qəbul edilən dəyişikliklər işəgötürənlərin maaş siyasətində gender bərabərliyinin daha aydın və ədalətli təmin olunmasına yönəlib.
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı
-
Hadisə10 İyun 20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal10 İyun 18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial10 İyun 16:38Əli Kərimlinin həbs müddəti uzadıldı







.jpg)







.jpg)






















