Sosial
Yasamal Rayon İcra Hakimiyyətində başçı sakinləri qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün aprel ayı üzrə qəbul keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bir qrup sakini qurumun inzibati binasında qəbul edib. Tədbirdə həmçinin Yasamal RİH-in məsul şəxsləri, rayon bələdiyyəsinin sədri və MKTB rəisi də iştirak edib.
Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif, müraciət və şikayətləri bərədə ətraflı danışmağı xahiş etdi. Söz alan Yasamal rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra sakinlər mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicəyə dəstək, dövlət ehtiyacları üçün satın alınan ərazilərin söküntüsü, məşğulluq və müxtəlif məsələləri əhatə edən sosial mövzular qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi.Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı
-
Hadisə10 İyun 20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal10 İyun 18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial10 İyun 16:38Əli Kərimlinin həbs müddəti uzadıldı







.jpg)







.jpg)






















