Sosial
Süni intellekt işsizlik yaratmır, əksinə yeni imkanlar açır - Leyla Seyidzadə
“Süni intellekt bizi məhdudlaşdırmır, əksinə qarşımızda yeni imkanlar açır. Əsas məqsədimiz süni intellekti sağlam və düzgün formada təbliğ etməkdir”.
Bunu Publika.az-a açıqlamasında “Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə bildirdi.
Onun sözlərinə görə, əksəriyyət süni intellektin insanları işsiz qoyacağına inanır:
“Hazırda insanlar ya süni intellektdən yanlış şəkildə istifadə edir, ya onun potensialından tam yararlanmır, ya da onları işsiz qoyacağından narahatdırlar. Əslində isə belə deyil. Süni intellekt bizim üçün ən böyük dəstəkçi, köməkçi və eyni zamanda əməkdaş rolunu oynaya bilər. Ondan düzgün istifadə etdikdə, peşəkar olaraq inkişaf edə və əmək bazarında daha sürətli şəkildə öz yerlərini tuta bilərlər.
Hazırda iş dünyasında məqsəd insanları süni intellektlə əvəz etmək deyil. Əksinə, süni intellektlə işləməyi bacaran, ondan effektiv istifadə edən mütəxəssislərə daha çox üstünlük verilir. Bu, jurnalistika, yaradıcı sahələr, tibb, hüquq, mühasibatlıq və digər bir çox sahələrə aiddir. Süni intellekt artıq hər sahədə vacib alətə çevrilib və biz də bunu insanlara, xüsusilə qadınlara çatdırmağı qarşıya məqsəd qoymuşuq”.
L.Seyidzadə süni intellektin faydalarının tam mənimsənilməsini həyata keçirmək üçün ödənişli və ödənişsiz təlimlər keçirdiklərini qeyd etdi:
“Təlimlərimiz yalnız İT sahəsində çalışan və ya bu sahəyə marağı olan qadınlar üçün deyil, bütün sahələrdən olan qadınlar üçün əlçatandır. Biz istəyirik ki, insanlar süni intellektdən düzgün istifadə etməklə özlərini inkişaf etdirə, daha yüksək maaşlı iş imkanları əldə edə, əlavə gəlir qazana və hətta öz bizneslərini qura bilsinlər”.
Müəllif: Roza Şəfiyeva
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq































.jpg)



