Sosial
Həyət evində yaşayanların nəzərinə! - 1000 manat cəriməsi var
Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu məsələ birbaşa mülkiyyət hüququ ilə bağlıdır:
“Buraya mülkiyyət, digər əşya hüquqları, istifadə və icarə münasibətləri daxildir. Söhbət daşınmaz əmlakdan konkret olaraq ev və ona aid torpaq sahəsindən gedir. Əgər bu, həyət evidirsə, həmin vətəndaşın Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışında göstərilir ki, hansı sahə ona məxsusdur. Bundan əlavə sahə onun mülkiyyətində deyil. Bu halda, evin qarşısında yerləşən ərazi həmin şəxsin şəxsi mülkiyyəti hesab olunmur. Belə ərazilər ya dövlətin, ya da bələdiyyənin balansında olur. Vətəndaş həmin sahədən istifadə etmək istəyirsə, məsələn, avtomobil saxlamaq üçün, bu zaman müvafiq qurumla icarə müqaviləsi bağlamalıdır. Əslində bu, bütün sivil ölkələrdə tətbiq olunan normal praktikadır. Çünki sənə məxsus olmayan torpaq sahəsindən ödənişsiz və icazəsiz istifadə etmək hüquqi baxımdan düzgün deyil. Bu, ictimai ərazi sayılır. Azərbaycan qanunvericiliyinə görə də prinsip eynidir. Sadəcə praktikada bəzən belə hallara göz yumulur və insanlar “öz evimin qabağıdır” arqumenti ilə həmin ərazidən istifadə edirlər. Halbuki hüquqi baxımdan belə bir əsas yoxdur”.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən özbaşına istifadə (yəni sənədsiz zəbt və ya icazəsiz istifadə) inzibati məsuliyyət yaradır. Fiziki şəxslər üçün cərimə adətən 300 manatdan 600 manatadək, vəzifəli şəxslər üçün 600 manatdan 1 000 manatadək, hüquqi şəxslər üçün isə daha yüksək məbləğlərdə tətbiq olunur. Bundan əlavə, qanunsuz istifadə olunan sahənin boşaldılması da tələb oluna bilər.
Yəni, vətəndaşlar bilməlidir ki, evlərinin qarşısındakı torpaq sahəsi onların çıxarışında (kupçasında) qeyd olunmayıbsa, orada hər hansı dəyişiklik etmək və ya ərazini hasarlamaq qanunsuzdur və ciddi pullu cəriməyə səbəb ola bilər.
-
Nida Xəbər 09:34Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu - FOTO
-
Elm və təhsil09:00Universitetlərdə dərslər bu tarixdə yekunlaşacaq
-
Sosial07:15Çiyələk və alça bu il baha ola bilər - Səbəb
-
Dünya05:45Zelenski Ermənistana gələcək - Gizli şəkildə...
-
Hadisə02:18Həmin piyadanı vuran şəxs futbolçu imiş - Foto/Video
-
Qoroskop01:40Günün ulduz falı: intuisiya sizi doğru istiqamətə aparacaq
-
ABŞ01:20Trampa sui-qəsd cəhdində ittiham olunan şəxs məhkəmə qarşısında
-
Nəqliyyat27 Aprel 22:32Bu yolda təhlükəli vəziyyət: hər an çökmə ola bilər - Foto











.jpg)





















.png)




