Dünya
Makron Fransa üçün rüsvayçılıqdır: Belarusdan sərt ittiham
Avropa İttifaqı (Aİ) “xəstədir” və bəşəriyyət üçün təhlükə yaradır.
Publika.az xəbər verir ki, bu fikirləri Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının deputatı Vadim Giqin “Vesti”yə açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, Aİ ölkələrində hakimiyyətdə “dəli insanlar” dayanır. Deputat bildirib ki, strategiya yalnız bir ola bilər - “maksimum dərəcədə sərt hərəkət etmək”:
“Bizim vəzifəmiz bunu açıq demək və Aİ-nin konkret ölkələrinə maksimum zərbə vurmaqdır. Fridrix Merts Almaniya üçün layiqli rəhbər deyil, Emmanuel Makron isə Fransa üçün rüsvayçılıqdır”.
Giqin Avropa dövlətləri ilə münasibətlərdə sərt və kəskin siyasətin tərəfdarı olduğunu vurğulayıb. O, bu yanaşmanı tibbdə cərrahların tətbiq etdiyi üsullarla müqayisə edib.
Deputat çıxışında Avropanı “planetin ən xəstə insanı” adlandırıb:
“Hərbi metodlardan danışmıram, lakin siyasi və iqtisadi alətlər hələ tükənməyib. Bu vasitələr bizə zərbə vurmaq istəyən ölkələr üçün olduqca ağrılı ola bilər”.
Qeyd edək ki, daha əvvəl Fransa prezidenti Emmanuel Makron müttəfiqlərini “oyanmağa” çağırıb. Onun sözlərinə görə, hazırda ABŞ, Rusiya və Çin liderləri Avropaya qarşı yönəlib.
Müəllif: Adəm
-
Magazin110:46Tanınmış blogerin evi YANDI: "Dəhşət idi" - FOTO
-
Nida Xəbər 09:34Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu - FOTO
-
Elm və təhsil09:00Universitetlərdə dərslər bu tarixdə yekunlaşacaq
-
Sosial07:15Çiyələk və alça bu il baha ola bilər - Səbəb
-
Dünya05:45Zelenski Ermənistana gələcək - Gizli şəkildə...
-
Hadisə02:18Həmin piyadanı vuran şəxs futbolçu imiş - Foto/Video
-
Qoroskop01:40Günün ulduz falı: intuisiya sizi doğru istiqamətə aparacaq
-
ABŞ01:20Trampa sui-qəsd cəhdində ittiham olunan şəxs məhkəmə qarşısında































.png)




