Dünya
İsraildə böyük ittifaq: Netanyahunun dövrü bitir?
Keçmiş İsrail baş nazirləri Yair Lapid və Naftali Bennett yeni yaratdıqları “Birgə Partiyası”nın bayrağı altında oktyabrın 27-də keçiriləcək ümumi seçkilərdə iştirak edəcəklər.
Publika.az İsrail mediasına istinadən xəbər verir ki, Lapidlə birgə keçirdikləri tədbirdə çıxış edən Bennett seçki proqramlarının əsas məqamlarını açıqlayıb.
O bildirib ki, 7 oktyabr hadisələri zamanı baş verən səhlənkarlıqların araşdırılması üçün dövlət istintaq komissiyası yaradılacaq.
Bundan əlavə, hərbi xidmətdən azad olunan ultra-ortodoks yəhudi təşkilatlarının maliyyələşdirilməsinin dayandırılması və baş nazirin səlahiyyət müddətinin məhdudlaşdırılması ilə bağlı qanunun qəbul edilməsi planlaşdırılır.
Lapid isə digər mərkəzçi qüvvələri Bennettin ətrafında birləşməyə çağırıb. Keçirilən sorğulara əsasən, müxalifət olan Bennett-Lapid koalisiyasının 120 yerlik parlamentdə təxminən 60 mandat qazanmaq şansı var.
Qeyd edək ki, Netanyahu hökuməti ilə müxalifət arasındakı fərqlər əsasən yanaşma üsullarında özünü göstərir. Son dövrlərdə müxalifətin Netanyahuya yönəltdiyi əsas tənqidlər Qərbi Şəriyə, Şərqi Qüds və Qolan Təpələri kimi məsələlərdə onun kifayət qədər sərt addımlar atmaması və istənilən nəticəni əldə edə bilməməsi ilə bağlıdır.
Müəllif: Roza
-
Magazin110:46Tanınmış blogerin evi YANDI: "Dəhşət idi" - FOTO
-
Nida Xəbər 09:34Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu - FOTO
-
Elm və təhsil09:00Universitetlərdə dərslər bu tarixdə yekunlaşacaq
-
Sosial07:15Çiyələk və alça bu il baha ola bilər - Səbəb
-
Dünya05:45Zelenski Ermənistana gələcək - Gizli şəkildə...
-
Hadisə02:18Həmin piyadanı vuran şəxs futbolçu imiş - Foto/Video
-
Qoroskop01:40Günün ulduz falı: intuisiya sizi doğru istiqamətə aparacaq
-
ABŞ01:20Trampa sui-qəsd cəhdində ittiham olunan şəxs məhkəmə qarşısında































.png)




