Sosial
Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
Marketlərdən toyuq məhsulları alarkən bir çox istehlakçının diqqət yetirmədiyi bəzi məqamlar ciddi sağlamlıq təhlükələrinə yol aça bilər. Məsələn, paketlərin dibində görünən çəhrayı və ya qırmızımtıl maye, əslində, toyuğun təbii protein strukturundan sızan sudur. Lakin bu suyun miqdarı və rəngi məhsulun saxlanma şəraiti haqqında kritik məlumatlar verir.
Publika.az xəbər verir ki, bu barədə "Baku" TV-nin videomaterialında deyilir.
Qida üzrə mütəxəssis Məhsəti Hüseynova mövzu ilə bağlı mühüm məqamları vurğulayıb: "Paket zədələnməmiş olmalı, üzərində hər hansı şişkinlik müşahidə edilməməlidir. Xüsusilə məhsulun üzərində qalın buz örtüyü varsa, bu onun donunun dəfələrlə açılıb yenidən dondurulduğunun göstəricisidir. Bəzən toyuğun alt hissəsində çəhrayı rəngli maddə və ya buz olur ki, bunu çox vaxt qanla qarışdırırlar. Bu, əslində, mioqlobin zülalıdır. Əgər maye az miqdardadırsa və kənar qoxu yoxdursa, zərərli deyil. Lakin həmin qat daha qalın və tünd rəngdədirsə, turşumuş qoxu verirsə və yaxud toyuğun üzərində çəhrayı, sarımtıl ləkələr varsa, bu, məhsulun köhnə olmasından xəbər verir".
Mütəxəssislər ət, süd, balıq və toyuq məhsulları alarkən ehtiyatlı olmağı, məhsulların qoxusuna və görünüşünə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Həmçinin dondurulmuş qidaların soyuducudan çıxarıldıqdan sonra uzun müddət saxlanılmaması barədə xəbərdarlıq edilir.
-
Magazin123:48Xalq artisti hər kəsi kövrəltdi - VİDEO
-
Səhiyyə23:24Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTO
-
Sosial22:24Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
-
İdman22:12Qapıçı möhtəşəm qol vurdu, amma... - VİDEO
-
Magazin221:24Gənc aktyorun ürəyi dayandı - Vəziyyəti ağırdır
-
Sosial19:36Elşən Xəzərin qızı "Beniz"in məhkəməsində nə deyib?
-
Nida Xəbər 18:40Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
-
Region16:39Türkiyə İsrail prezidentinin Astanaya uçmasına icazə vermədi: Bu yolla getdi














.jpg)
















.png)




