Sosial
Heyvan bazarlarında sərt qaydalar tətbiq ediləcək - Video
Heyvan bazarlarında sərt qaydalar tətbiq ediləcək və tələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq.
Publika.az xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzlənilmə Mərkəzinin direktoru Yavər Məmmədovun sözlərinə görə, heyvan bazarları yoluxucu xəstəliklərin ən sürətlə yayıla biləcəyi risk zonaları hesab olunur. Məhz bu səbəbdən bir müddət əvvəl dayandırılan bazarların fəaliyyəti artıq "Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları"nın tələblərinə uyğun olaraq bərpa edilib.
Yavər Məmmədov qeyd edib ki, identifikasiya (heyvanların qeydiyyata alınması və nişanlanması) heyvan oğurluğunun qarşısını alan ən güclü hüquqi sübutdur. Hazırda ölkə üzrə 972 min baş heyvan artıq identifikasiya olunub. Bu heyvanların peyvənd olunma tarixindən tutmuş mülkiyyətçisinə qədər bütün məlumatları vahid bazada yer alıb.
Vurğulanıb ki, bazara gətirilməzdən əvvəl hər bir heyvanın identifikasiyası mütləq təmin olunmalıdır. Əks halda, yaxın gələcəkdə həmin heyvanların satış zonasına daxil olması qeyri-mümkün olacaq.
Daha ətraflı Xəzər TV-nin süjetində:
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı
































