Sosial
“Azneft” İB 4 aydır işçilərin haqqını vermir, hüquqlarını pozur
“Azneft” İstehsalat Birliyi Neft Daşlarının özüllərdə zərərli işdə çalışan işçiləri 4 aydır gündəlik müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla təmin edilmir.
Publika.az Tribuna.az-a istinadən xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat paylaşıb. O bildirib ki, işçilərin hüquqları pozulur:
“Bu barədə təşkilatımıza məlumat daxil olub. “Azneft” İB Neft Daşlarının özüllərdə zərərli işdə çalışan işçiləri 4 aydır ki, gündəlik müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla təmin edilmir. Əgər aldığım məlumat doğrudursa, bu, müvafiq qurum (məsul şəxs) tərəfindən Əmək Məcəlləsinin 215-ci maddəsinin pozulması deməkdir.
Məsul şəxslər bilməlidir ki, halda zərərli sahədə çalışan işçilərin sağlamlığına ziyan vurmuş olurlar. Onu da qeyd edim ki, süd, yaxud süd məhsulları bu işçilərə hər gün verilməlidir. Ayda bir dəfə yox”.
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı
































