Sosial
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Sərfəli xidmətləri ilə tanınan “Nar” sosial məsuliyyət prinsiplərinə sadiqliyini davam etdirərək “Ümid oturacağı” layihəsinə dəstək verib.
Bakıda keçirilən tədbir çərçivəsində 6–12 yaş arası fiziki məhdudiyyətli uşaqlara xüsusi təkərli oturacaqlar təqdim olunub, ümumilikdə 60 uşaq bu təşəbbüsdən faydalanıb. Təqdim olunan vasitələr uşaqların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, onların cəmiyyətə daha fəal inteqrasiyasını dəstəkləyir, yüngül, rahat və beynəlxalq standartlara uyğun olmaqla birlikdə cəlbedici dizaynı ilə həm fiziki rahatlığı, həm də özünəinamı artırır.
“Biz “Nar” olaraq, ESG strategiyamız çərçivəsində cəmiyyətin həssas qruplarının dəstəklənməsinə xüsusi önəm veririk. “Ümid oturacağı” kimi təşəbbüslər vasitəsilə fiziki məhdudiyyətli uşaqların həyat keyfiyyətinin yaxşılaşdırılmasına və onların cəmiyyətə daha fəal inteqrasiyasına töhfə vermək bizim üçün vacibdir”, – deyə “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib.
Qeyd edək ki, “Ümid oturacağı” beynəlxalq sosial təşəbbüsü dünyanın 23-dən çox ölkəsində həyata keçirilərək 10 mindən artıq uşağa dəstək olub və bu sahədə nümunəvi layihələrdən biri kimi tanınır. Layihə Azərbaycanda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfdaşlığı, İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü və “Nar”ın iştirakı ilə həyata keçirilib.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil8 İyun 16:28Keçid balları düşəcək?
















.jpg)

















