Sosial
Azərbaycanın qonşuluğunda kəndi ələ keçirdilər: "Mini dövlət" yaratdılar
Dağıstanda 2015-ci ildən bəri Qubden kəndini faktiki olaraq nəzarətdə saxlayan ekstremist qruplaşmanın 9 üzvü həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, radikal dini baxışlara sahib bir qrup yerli sakin nifrət və ədavəti qızışdırmaq məqsədilə birləşərək kənddə öz qanunlarını diktə etməyə başlayıblar. Onlar bütün kəndi və sakinləri tam nəzarətə götürüblər. Küçələrdə patrul xidməti təşkil edilib, sakinlərin hər bir addımı izlənilib.
Qruplaşma üzvləri həyat tərzi onların radikal baxışlarına uyğun gəlməyən şəxsləri müəyyən edərək zorla xüsusi təchiz olunmuş binalara aparıblar. Orada sakinlərə qarşı fiziki və psixoloji təzyiqlər göstərilib, həmçinin onlardan hədə-qorxu ilə pul tələb olunub.
Cinayətkar dəstə kənddə videomaşahidə kameraları quraşdırıb, blokpostlar yaradaraq giriş-çıxışı məhdudlaşdırıb. Gecə saatlarında və müəyyən vaxtlarda kənd tamamilə qapadılıb, onların icazəsi olmadan heç bir hərəkət mümkün olmayıb.
Kənddəki bu "özbaşına rejimi" ləğv etmək və şübhəliləri saxlamaq üçün əraziyə xüsusi təyinatlı qüvvələr cəlb olunub.
Hazırda 11 nəfər barəsində ekstremist birlik təşkil etmə maddəsi ilə cinayət işi açılıb. Onlardan 9-u artıq həbs edilib, digər 2 nəfər barəsində isə məhkəməyə vəsatət göndərilib.
İstintaq davam edir.
Müəllif: Adəm
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil8 İyun 16:28Keçid balları düşəcək?














.jpg)




















