Sosial
Əli Əsədov qərar imzaladı
“Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilib.
Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”na bir sıra əlavələr edilib.
Yeni redaksiyaya görə, “Gənclər evi” müəyyən olunmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək. Eyni zamanda, həmin müəssisələr sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə təsərrüfat cəmiyyətləri yarada və ya bu cəmiyyətlərdə iştirak edə biləcəklər.
Qaydalara edilən digər dəyişikliklə, “Gənclər evi”nin maliyyə mənbələrinə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər də əlavə olunub.
Bundan başqa, 2.6-cı bəndə edilən əlavəyə əsasən, müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi zamanı sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər də nəzərə alınacaq.
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil8 İyun 16:28Keçid balları düşəcək?














.jpg)




















