Sosial
Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədalət Nurulla oğlu Fərəcovu 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edib.
Publika.az Modern.az-a istinadla Ədalət Fərəcov haqqında bəzi məlumatları təqdim edir.
Ədalət Fərəcov 1936-cı ildə Masallı rayonunun Kürdəbaz kəndində dünyaya gəlib. Masallı rayon onillik orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (ADPİ) ali təhsil alıb.
1963-cü ildə ali məktəbin Kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən Ə.Fərəcov institutda saxlanılıb.
1970-ci ildə namizədlik dissertasiyası, 1990-cı ildə doktorluq dissetasiyası müdafiə edib.
1988-1994-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) hərbi və fiziki təlim fakültəsinə dekan işləyib. 15 ildən artıq müddətdə respublikada biologiya fənni üzrə olimpiadanın sədri vəzifəsində çalışıb.
7 monoqrafiyanın, 8 dərsliyin, 3 dərs vəsaitinin və çoxlu sayda fənn proqramlarının müəllifidir.
1994-cü ildən 2017-ci ilədək ADPU-nun Fiziologiya kafedrasının müdiri, AMEA Fiziologiya İnstitutunun dissertasiya müdafiəsi şurasının həmsədri vəzifəsində işləyib.
Ədalət Fərəcov mərhum dövlət başçısı Heydər Əliyevə 1992-ci ildə müraciət imzalamış və Yeni Azərbaycan partiyasını yaradan məşhur 91-lərdəndir. 2006-cı ildə o, Prezident təqaüdünə layiq görülüb.
2017-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına, Elm və Təhsil Nazirliyinin “Əlaçı” döş nişanına layiq görülüb.
Prezident təqaüdçüsü, biologiya elmləri doktoru, professor Ədalət Fərəcov 90 yaşındadır.
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil8 İyun 16:28Keçid balları düşəcək?
-
Magazin18 İyun 14:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman8 İyun 13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər














.jpg)




















