Sosial
Metro və avtobuslarda əlavə gedişhaqqı çıxılması ilə bağlı - Rəsmi açıqlama
NFC ödənişlərində əlavə gedişhaqqı tutulması ilə bağlı “K Group” MMC (BakıKart), “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC birgə açıqlama yayıb.
Publika.az xəbər verir ki, açıqlamada qeyd olunub ki, NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilir.
“Bu, ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır. Bu səbəbdən edilən gedişlər üzrə ödənişlər kartlardan dərhal deyil, müəyyən zaman intervalı ilə çıxılır və bəzi hallarda istifadəçilərə ardıcıl və ya təkrarlanan çıxılma kimi görünə bilər. Əslində isə hər bir gediş ayrıca və düzgün şəkildə emal olunur.
Hazırda müşahidə olunan “ardıcıl vəsait çıxılması” halları 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş gedişlərə görə ödənişlərin gecikmə ilə emal olunması ilə bağlıdır. Yəni kartdan hazırda çıxılan məbləğlər cari günə aid deyil, qeyd olunan tarixlərdə istifadə olunmuş gedişlərə aiddir.
Bu kimi hallarla qarşılaşan sərnişinlərə bank kartlarının əməliyyat tarixçəsini yoxlamaları tövsiyə olunur”, - məlumatda bildirilib.
Açıqlamada həmçinin bildirilib ki, sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir: “Layihənin operatoru “BakıKart”dır. Mövzu ilə bağlı suallar yarandığı təqdirdə “BakıKart”a birbaşa müraciət edə bilərsiniz. Operativ araşdırma aparılaraq əlavə məlumat təqdim olunacaq”.
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil8 İyun 16:28Keçid balları düşəcək?
-
Magazin18 İyun 14:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman8 İyun 13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər














.jpg)




















