Sosial
Azercell bütün qadınları “Minlərlə ilmə, bir güc” təşəbbüsünə qoşulmağa dəvət edir
Şirkətin “Azərxalça” ASC ilə birgə layihəsi Xalça Festivalında nümayiş etdiriləcək “Azercell Telekom” MMC qadınların cəmiyyətdə rolunun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərini davam etdirərək “Minlərlə ilmə, bir güc” layihəsini təqdim edir.
“Azərxalça” ASC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu təşəbbüs qadın həmrəyliyinin təşviqi ilə yanaşı, Azərbaycanın zəngin xalçaçılıq irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verir.
Layihə əsnasında hazırlanan xalça 2–3 may tarixlərində İçərişəhərdə keçiriləcək Beynəlxalq Xalça Festivalında ictimaiyyətə təqdim olunacaq. Qadınların sosial və mədəni inkişafda rolunu əks etdirən bu konseptual sənət nümunəsi səbri, gücü və həmrəyliyi ehtiva edəcək. Xalçanın yaradılması prosesi festival günlərində interaktiv formatda həyata keçiriləcək.
Belə ki, qadın iştirakçılar xalçaya ilmə vurmaqla bütöv əsərin formalaşmasında birbaşa iştirak edəcəklər. “Azercell Telekom” MMC bütün qadınları 2-3 may tarixlərində İçərişəhər ərazisində yerləşən Qoşa Qala meydanında keçiriləcək bu təşəbbüsə qoşulmağa dəvət edir. Qadın həmrəyliyini və birgə gücünü ön plana çıxaran xalçanın kəsim mərasiminin isə 3 may tarixində baş tutması planlaşdırılır. Siz də öz ilmənizlə bu hekayənin bir parçasına çevrilin!
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil8 İyun 16:28Keçid balları düşəcək?
-
Magazin18 İyun 14:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman8 İyun 13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər














.jpg)




















