Sosial
Doğmalarını qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO
Sosial şəbəkələrdə Bakıda beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovun müalicə aldığı müəssisədən qaçdığına dair məlumatlar paylaşılıb.
Publika.az xəbər verir ki, paylaşılan səs yazısında bir qadın iddia edib ki, guya Əhməd Əhmədov saxlanıldığı tibb müəssisəsindən qaçaraq iki nəfəri bıçaqlayıb. Hətta həmin şəxs ümumilikdə 10 nəfərin müəssisədən qaçdığını da bildirib. Bu məlumatlar ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Baku" TV-yə bildirilib ki, sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır.
Xatırladaq ki, Əhməd Əhmədov 2024-cü il fevralın 13-də Xətai rayonunda beş ailə üzvünü qətlə yetirib. Məhkəmənin qərarı ilə o, xüsusi tipli psixiatriya müəssisəsinə yerləşdirilib.
-
Qarabağ 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər














.jpg)





















