Nida Xəbər
IMO Baş katibi Azovda azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominqes Azov dənizində azərbaycanlı dənizçilərin faciəvi şəkildə həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Publika.az xəbər verir ki, bu barədə IMO Baş katibinin ölkəmizin Böyük Britaniyadakı səfiri Elin Süleymanova ünvanlanmış məktubunda qeyd olunub.
"Dərin hüznlə 2026-cı il iyunun 5-də Azov dənizində "Natra" və "Zirkon" yük gəmilərinə hücumlar nəticəsində insanların faciəvi şəkildə həlak olduğunu öyrəndim. Bildirilmişdi ki, hadisə nəticəsində azərbaycanlı dənizçilər (4 nəfər - red.) həlak olub, digərləri (4 nəfər - red.) isə yaralanıb. Beynəlxalq Dəniz Təşkilatının bütün üzvləri, Katiblik və şəxsən öz adımdan Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Biz ruhən həlak olanların ailələrinin, dostlarının, yaxınlarının və bu faciənin toxunduğu hər kəsin yanındayıq", - məktubda bildirilib.
O vurğulayıb ki, IMO bütün dənizçilərin təhlükəsizliyinin, mühafizəsinin və qorunmasının təmin edilməsinə, həmçinin təhlükəsiz gəmiçilik şəraitinin yaradılması üzrə beynəlxalq səylərin dəstəklənməsinə sadiq qalır:
"Üzv dövlətlər və dəniz sənayesinin bütün iştirakçıları arasında əməkdaşlığın davam etdirilməsi belə faciələrin qarşısının alınması və dənizdə işləyənlərin müdafiəsinin gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir".
-
ABŞ00:45ABŞ İrana yenə zərbələr endirir
-
Ekologiya00:27Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Magazin117 İyul 21:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ17 İyul 19:40Trampın İrandakı yeni hədəfi - Video
-
Dünya17 İyul 19:307,4 ballıq zəlzələ bu ölkəni silkələdi - Sunami təhlükəsi elan edildi
-
Ekopublika.az17 İyul 19:00Bakıda torpağın və fərdi evlərin dəyəri nə qədər artıb? - Son statistika
-
Elm və təhsil17 İyul 16:44Qəbul imtahanının nəticələri açıqlandı
-
Nida Xəbər 17 İyul 14:58AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib - Lavrov












.webp)





.jpg)



















