Sosial
Bu sürücülərin "prava"sı əlindən alınacaq
Azərbaycan Respublikasında yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin vaxtında ödənilməməsi sürücülər üçün əlavə hüquqi nəticələr yarada bilər. Xüsusilə, uzun müddət ödənilməyən inzibati cərimələrin sürücülük hüquqlarına təsir edib-etməyəcəyi tez-tez müzakirə olunan məsələlərdəndir.
Bəs, inzibati cəriməni ödəməyən sürücülərin sürücülük hüququ məhdudlaşdırıla bilərmi?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən vəkil Tural Həsənli bildirib ki, belə hallar qanunvericilikdə nəzərdə tutulub və konkret müddətlər çərçivəsində tədbirlər görülür.
“Müvafiq qərar qüvvəyə minir. Əgər 3 ay ərzində cərimə ödənilməzsə və bunun üçün qanuni əsas olmazsa, tədbir görülür. Həmin şəxsə qarşı əlavə qərar qəbul edilir. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. Eyni zamanda cərimənin ödənilməsi üçün iş məcburi icraya göndərilir.
Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür”.
Vəkil vurğulayıb ki, belə halların qarşısını almaq üçün sürücülər cərimələri vaxtında ödəməli və məsuliyyətdən yayınmamalıdırlar.
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatları AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu
-
ABŞ02:42Sərnişin təyyarəsi işıq dirəyinə çırpıldı - Sonra çörək maşınının...






.jpg)
.jpg)



















.png)


.jpg)




