Sosial
70 ton yanacaq mənimsəmişdilər - Azadlığa buraxıldılar
Beş ay əvvəl lokomotivlərin hərəkəti üçün nəzərdə tutulmuş tonlarla yanacağın mənimsənilməsi ilə bağlı həbs edilən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşları azadlığa buraxılıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.
Təqsirləndirilən Eldəniz Sadıqov və Famil Soltanova birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 107 min manatlıq ziyanı tam ödədikləri üçün güzəşt edilib. Onlar Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıblar.
Hökmdən prokurorluq tərəfindən verilən protest və ADY-nin verdiyi şikayətlər də tam təmin edilib. Təqsirləndirilən şəxslərin üzərinə əlavə mülki iddiaları qarşılamaq öhdəliyi qoyulub.
.jpg)
Qeyd edək ki, 58 yaşlı Eldəniz Sadıqov ADY-nin Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi, 37 yaşlı Famil Soltanov isə İnfrastruktur departamentinin qatarların idarə edilməsi xidmətinin İmişli lokomotiv sahəsində magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyib.
Müttəhimlər məhkəmədə 70 ton dizel mənimsədiklərini etiraf edib, əməllərindən peşman olduqlarını deyiblər. Yekun olaraq E. Sadıqov 6 il, F. Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC də bu cinayətlə bağlı rəsmi məlumat yaymışdı.
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar


































