Sosial
Azərbaycan pavilyonu “Urban Expo” sərgisində fəaliyyətə başladı - Foto
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb.
Publika.az xəbər verir ki, sərginin ən böyük milli pavilyonu olan Azərbaycan pavilyonu 1500 kvadrat metr sahəni əhatə edir və ölkənin müasir şəhərsalma, eləcə də dayanıqlı inkişaf yanaşmalarını nümayiş etdirir.
Pavilyon dünya şöhrətli memar Zaha Hadidin yaratdığı Heydər Əliyev Mərkəzinin memarlıq konsepsiyasının elementləri nəzərə alınaraq hazırlanmışdır.
Azərbaycan pavilyonunun qalereya məkanında ölkənin şəhərsalma layihələri, İçərişəhərin zəngin mədəni irsi, ekoloji təşəbbüslər, turizm potensialı və memarlıq nümunələri nümayiş etdirilir.
Pavilyonda həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi yenidənqurma və müasir şəhərsalma yanaşmaları, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, eləcə də regionun yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən işlər nümayiş etdirilir.
Azərbaycan Pavilyonunda rəsmi görüş və fikir mübadiləsini təmin edən şəbəkələşmə zonaları, təqdimat və konfrans məkanları, virtual reallıq əsaslı interaktiv sahələr, kino və turizm guşələri, müxtəlif master-klasslar, eləcə də Azərbaycan mədəniyyəti və milli mətbəxini təqdim edən xüsusi sahələr fəaliyyət göstərir.
WUF13 tədbiri ərzində pavilyonun tədbirlər proqramına “Bakı Baş Planı 2040”, enerji sistemlərinin rəqəmsal transformasiyası, miqrasiya və şəhər idarəçiliyi, eləcə də urbanizasiya və iqlim gündəliyi üzrə müxtəlif sessiyalar və yüksəksəviyyəli dialoqlar daxildir.
Qeyd edək ki, WUF13-ün əsas platformalarından biri olan “Urban Expo” sərgisində müxtəlif ölkələr, şəhərlər, beynəlxalq təşkilatlar və şirkətlər öz qabaqcıl təcrübələrini və şəhərsalma üzrə fərqli inkişaf yanaşmalarını təqdim edirlər.
Azərbaycan pavilyonunda keçirilən tədbirlərlə bağlı məlumatı buradan əldə edə bilərsiniz.
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
















.jpg)


.jpg)

.jpg)













