Sosial
FHN Xaçmazda meşələrdə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirib - VİDEO/FOTO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, bu çərçivədə, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz rayonu ərazisində yerləşən Samur-Yalama Milli Parkında “Meşələrin yanğın təhlükəsizliyi” ilə bağlı maarifləndirmə tədbiri keçirib.
Aidiyyəti qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti, xüsusilə qarşıdan gələn yay fəslində mümkün yanğınların qarşısının alınması istiqamətində görülmüş qabaqlayıcı tədbirlər barədə geniş məlumat verilib. Tədbirdə meşələrin qorunması üçün hər kəsin təhlükəsizlik qaydalarına riayət etməsinin, o cümlədən müvafiq vəzifəli şəxslərin üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, meşə və meşəətrafı ərazilərdə yanğın hallarının baş verməməsi üçün insanların, o cümlədən sahibkarların və yaxınlıqda yaşayan kənd sakinlərinin yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin zəruriliyi diqqətə çatdırılıb.
Tədbirdə suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra açıq sahədə yanğın təlimi keçirilib. Təlim zamanı açıq sahədə baş vermis şərti yanğının söndürülməsinə Milli Parkın əməkdaşları cəlb edilib. Daha sonra dərhal “hadisə” yerinə cəlb olunmuş FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində “yanğın” genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Daha sonra xüsusi texnikalar vasitəsilə meşəətrafı ərazilərdə sahələrin 6-8 metr enində şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.
-
Qoroskop01:40Günün ulduz falı: yarımçıq qalan işlərinizi tamamlayın!
-
İdman22 İyun 23:15DÇ-2026: Messi Argentinaya qələbə qazandırdı - Yeniləndi
-
Magazin222 İyun 22:46300-dən çox daşınmaz əmlakı var - Kirayədən aylıq 10 milyon qazanır
-
Region22 İyun 21:51Qara dənizdə yük gəmisinə hücum: Türkiyə vətəndaşları yaralandı
-
Nida Xəbər 22 İyun 19:20Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
-
Hadisə22 İyun 18:50Dənizdə batan şəxslərin yarımçıq qalan süfrəsi - Foto
-
Elm və təhsil22 İyun 18:40Bakıdakı universitetlər köçürülməyəcək, amma... - Emin Əmrullayev
-
Ekologiya22 İyun 18:30Üç gün yağış yağacaq






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)







.jpg)





















