"İqlim dəyişikliklərindən ən çox gecəqondularda yaşayanlar zərər görür"
Bizi izləyin

Sosial

"İqlim dəyişikliklərindən ən çox gecəqondularda yaşayanlar zərər görür"

"İqlim dəyişikliklərindən ən çox gecəqondularda yaşayanlar zərər görür"

"İqlim dəyişikliklərindən ən çox zərər görən əhali şəhərlərdə yaşayan insanlar deyil, qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayan insanlardır".

Publika.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema WUF13 çərçivəsində keçirilən “The Climate-Housing Nexus“ mövzusunda tədbirdəki çıxışında bildirib.

“Buna görə də bu əhali qrupları üçün maarifləndirmə və potensialın gücləndirilməsi əsas əhəmiyyət kəsb edir. Onlar yaşadıqları mənzil və yaşayış şəraitinin nə dərəcədə dayanıqlı olduğunu, xüsusilə də öz dolanışıqları və gələcəkləri üçün bunun nə ifadə etdiyini bilməlidirlər.

Biz bilirik ki, mənzil və tikinti sektoru iş yerləri yaradır və iqtisadiyyata töhfə verir, xüsusilə də yerli icmalar üçün məşğulluq təmin edir. Amma bununla bağlı müəyyən mənfi təsirlər də mövcuddur. Xüsusilə ekoloji amillər nəzərə alınmadan istifadə olunan tikinti materialları ilə bağlı problemlər var. Məsələn, sement və binalarda onun geniş istifadəsi. Əgər diqqətli olmasaq, bunun sağlamlığa təsiri də ola bilər. Bundan ən çox zərər çəkənlər isə həmin tikintidə çalışan yerli ailə üzvləri olacaq. Bu səbəbdən potensialın gücləndirilməsi və maarifləndirmə vacibdir. Bizim təşkilatın işi də alətlər hazırlamaq və ölkələrə bu cür alətlərin yaradılmasında dəstək verməkdir ki, onlar tikinti norma və qaydalarının bir hissəsinə çevrilsin. Bu isə həm tikinti ilə məşğul olanlara, həm də istehlakçılara nəyin lazım olduğunu daha aydın göstərir.

Bundan əlavə, qeyd etdiyim kimi, biz tərəfdaşlar və maliyyə qurumları ilə işləyərək mənzil və tikinti sənayesinin iqlimə davamlı, enerji səmərəli olmasını və ekoloji cəhətdən dayanıqlı materiallardan istifadə edilməsini təmin etməyə çalışırıq. Bunlar layihələndirmə mərhələsində nəzərə alınmalıdır, sonradan əlavə edilən fikir kimi yox. Əks halda dekarbonizasiya mümkün olmayacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm