Sosial
Bakı-Tbilisi reysi ilə gedənlər üçün səyahət sığortası məcburi olacaq
Bakı–Tbilisi reysi ilə Gürcüstana səfər edən sərnişinlər üçün tələb olunan səyahət sığortasının əldə olunma qaydası açıqlanıb.
Publika.az xəbər verir ki, sığortanı vətəndaşlar seçdikləri sığorta şirkəti vasitəsilə birbaşa və ya onlayn qaydada, həmçinin Bakı və Gəncə dəmiryol vağzallarında fəaliyyət göstərən sığorta agentlərindən əldə edə bilərlər.
Qeyd olunub ki, Gürcüstan qanunvericiliyinə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən bu ölkəyə istənilən nəqliyyat vasitəsi ilə səfər edən xarici vətəndaşlar üçün icbari səyahət sığortası tətbiq ediləcək.
Sənədin yoxlanılması Azərbaycan Dəmir Yollarının (ADY) əməkdaşları tərəfindən deyil, Gürcüstan sərhədində həmin ölkənin dəmiryol əməkdaşları tərəfindən həyata keçiriləcək.
Sərnişinlərdən səyahət sığortası sənədini özləri ilə götürmələri xahiş olunur.
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
-
Maraq dünyası09:44Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO
















.jpg)



















