Sosial
Bakının bəzi ərazilərində işıq olmayacaq
Sabah Yasamal, Nizami və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.
Publika.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, transformator Məntəqəsində (TM) həyata keçirilən təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Yasamal rayonu Məhəmməd Naxçıvani, Fuad İbrahimbəyov, İbrahim Əbilov, Abdulla Şaiq küçələrinin bir hissəsində elektrik enerjsinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin eyni saatlarda Nizami rayonunda 2 TM-də görüləcək təmir-təftiş işləri zamanı enerji fasiləsi Keşlə qəsəbəsi, Qara Qarayev prospekti və Əli Vəliyev küçəsinin bəzi ərazilərini əhatə edəcək.
Xəzər RETSİ ərazisində 35/6 kV-luq 459 saylı yarımstansiyadan qidalanan 6 kV-luq elektrik xətlərində naqillərin yenilənməsi ilə əlaqədar saat 10:00-dan 15:00-dək Mərdəkan qəsəbəsi Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Ramin Qasımov küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq.
Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da





































.jpg)