Sosial
17 milyonda bir möcüzə: Dörd eyni bacı doğuldu - Ölkə tarixində ilk
Rusiyanın Sankt-Peterburq şəhərində ölkə tarixində ilk dəfə genetik cəhətdən tam eyni olan dördəm dünyaya gəlib.
Publika.az xəbər verir ki, belə doğuşun baş vermə ehtimalı təxminən 17 milyonda birdir.
Məlumata görə, dörd qız körpə aprelin 2-də doğulsa da, son iki ayı həkimlərin ciddi nəzarəti altında keçirib.
Bu hadisə Rusiyada qeydə alınan ilk monoxorial tetraamniotik dördəm hesab olunur. Mütəxəssislər bildirirlər ki, bacılar böyüdükcə onları bir-birindən fərqləndirmək olduqca çətin olacaq.
Körpələrin doğulmasından sonra ailəyə çoxuşaqlı ailə statusu verilib. Valideynlər federal və regional analıq kapitalı da daxil olmaqla nəzərdə tutulan bütün sosial ödəniş və müavinətlərdən yararlanacaqlar.
Adəm
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da





































.jpg)