Sosial
Azərbaycanlı bloqerlər Taylandda qəzaya düşdü - VİDEO
Tanınmış azərbaycanlı bloqerlər Vahid və Həsti Həsənovlar istirahət üçün getdikləri Taylandda ciddi yol-nəqliyyat hadisəsi ilə üzləşiblər.
Publika.az xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edən Həsti Həsənova bildirib ki, mopedlə hərəkətdə olarkən qəzaya uğrayıblar.
Qəza nəticəsində Vahid Həsənovun 9 qabırğasında, körpücük sümüyündə sınıqlar, çiyin nahiyəsində isə çat aşkarlanıb.
Bloqerlər dərhal xəstəxanaya yerləşdirilib, V.Həsənov əməliyyat olunub. Həsti Həsənova hadisə zamanı güclü şok keçirdiyini və hazırda yoldaşının vəziyyətinin ağır olduğunu qeyd edib.
"Əslində bu gün Bakıda olmalı idik. Adadakı son günümüzdə mopedlə qəza etdik. Həyatımda heç belə qorxmamışdım...
Yolda gedirdik və bir anda gözüm qaraldı, oyandım ki moped aşıb, mən bir tərəfdə, Vahid bir tərəfdə qan içində uzanmışıq, hamı ətrafımıza yığılıb, biri su verir, biri əşyalarımı toplamağa kömək edir. Vahid özünü itirmişdi, gözləri bağlı halda, hərəkət edə bilmir. Həmin an ürəyim dayanacaq kimi hiss etdim. Ambulans gəldi, Vahidi təcili əməliyyata apardılar, mənim bədənimin qanını təmizləyib sakitləşdirməyə çalışırdılar. Elə bir şoka girmişdim ki, ayaqlarımı hiss edə bilmirdim, ayağa qalxa bilmirdim, əllərim qıc olmuşdu.
Vahidin isə 9 qabırğasında, körpücük sümüyündə sınıq və çiyində çat var. Çox çətin hərəkət edir, ayağa qalxmaq, yemək yeməyi belə çox çətindir", - o, paylaşımında yazıb.
Hüseyn İbadlı
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU







































.jpg)