Sosial
Qorxu içində yaşayan ailələr: qəzalı binanın taleyi necə olacaq? - VİDEO
Qəzalı binada yaşayan 9 ailə köçürülsə də, digər sakinlər hələ də gözləmək məcburiyyətində qalıblar.
Publika.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, köçürülmə prosesi artıq 9 aydır dayanıb.
Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi, 12-ci Mədən, 43 ünvanında yerləşən ikimərtəbəli binanın sakinləri köçürüləcəkləri günü gözləyirlər. Yaşı bir əsrdən çox olan qəzalı binada 12 ailə təhlükə və qorxu içində yaşayır.
Sakinlər bildirirlər ki, kompensasiya məbləğinin az olduğunu düşünsələr də, təklif olunan məbləğlə razılaşıblar. Lakin naməlum səbəblərdən köçürülmə prosesi və ödənişlər tam şəkildə icra edilmir.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, sözügedən ünvanda yerləşən binanın sakinlərinin köçürülməsi ilə bağlı kompensasiya ödənişləri mərhələli qaydada həyata keçirilir. Prosesin ilkin mərhələsində sakinlərin bir qisminə ödənişlər edilib. Yaxın zamanda digər sakinlərə də kompensasiya vəsaitlərinin ödənilməsi nəzərdə tutulur.
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi







.jpg)




























