Sosial
Xəzərin problemləri ilə bağlı Azərbaycan üç ölkə ilə işçi qrupları yaradıb
Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məsələlər əsas ekoloji prioritetlərimizdən biridir.
Publika.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə deyib.
O bildirib ki, bu istiqamətdə ölkəmizin UNEP-lə səmərəli əməkdaşlığı mövcuddur, xüsusilə də bu məsələnin qlobal gündəliyə çıxarılması istiqamətində fəaliyyət davam etdirilir.
"Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı Azərbaycan üç Xəzəryanı ölkə — Qazaxıstan, Türkmənistan və Rusiya ilə ikitərəfli işçi qrupları yaradıb. Bu qruplar çərçivəsində səbəblərin elmi araşdırılması, məlumat mübadiləsi, monitorinq və uyğunlaşma tədbirlərinin hazırlanması istiqamətində birgə fəaliyyət nəzərdə tutulur", - nazir vurğulayıb.
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
İdman12:47Qabırğaları sınıb ağciyəri deşilsə də, yarışı dayandırmadı - VİDEO






















.png)













.jpg)