Sosial
İmtahanda 70 faiz nəticə göstərənlər müsahibəyə buraxılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən imtahan mərhələsindən 70 faiz nəticə göstərənlər müsahibə mərhələsinə buraxılacaq.
Publika.az xəbər verir ki, bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mətbuat katibi Fidan Seyidşahqızı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, imtahan 100 dəqiqə davam edib:
"Sualların ən azı 70 faizini düzgün cavablandıran namizədlər müvəffəqiyyətli hesab olunaraq ikinci mərhələyə – müsahibəyə buraxılırlar.
Müsahibə mərhələsi əvvəlcədən elan olunmuş proqram əsasında keçirilir və bu zaman namizədlərin bilik səviyyəsi, peşəkar bacarıqları, eləcə də vəzifəyə uyğunluğu qiymətləndirilir".
O əlavə edib ki, bəzi namizədlər imtahan mərhələsindən azad olunurlar:
"Bunlara elmlər doktoru elmi dərəcəsinə malik şəxslər, azı 5 il dövlət qulluğu stajı olan dövlət qulluqçuları, peşəkar mühasib və tibbi sertifikata sahib şəxslər, “Yüksəliş” müsabiqənin finalçıları, həmçinin “Gənc Dost” könüllü proqramını A sertifikatı ilə başa vuran könüllülər daxildir. Lakin bunun üçün həmin şəxslər sənəd qəbulu zamanı imtiyazlarını təsdiq edən sənədləri sistemə yükləməlidirlər".
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)







.jpg)




























