Sosial
Azovda həlak olan kapitanın həyat yoldaşı danışdı - VİDEO
İyunun 5-də gecə saatlarında Azov dənizində dron hücumu nəticəsində zərər görən iki xarici yük gəmisindən birinin kapitanı Azərbaycan vətəndaşı, Xaçmaz şəhər sakini 45 yaşlı Fuad Orucov olub.
Publika.az xəbər verir ki, gəmi kapitanının həyat yoldaşı Aytən Orucova hadisə barədə Baku TV-yə açıqlama verib.
"O, 20 ildən artıqdır ki, dənizçidir. Hadisə vaxtı gəmidəki hər kəsi xilas etsə də, özünü qoruya bilməyib. Evdə dörd övladı onun yolunu gözləyir", - Aytən Orucova söyləyib.
Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucovun həlak olduğu, üç nəfərin isə yaralandığı bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
-
MDB14:00Təcrübəli cərrah ögey oğlunu niyə öldürdü? - Dəhşətli cinayətin təfərrüatları
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu


























.png)












.jpg)