Sosial
Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
Əslən Ağdamdan olan, hazırda Göygöl rayonunda məskunlaşan Həsənovlar ailəsi Baku TV-nin qaynar xəttinə müraciət edib.
Publika.az xəbər verir ki, ailə anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən 4 yaşlı övladlarının əlillik müavinətinin dayandırılmasından şikayətçidir.
Ailə başçısı Nicat Həsənovun da səhhətində müəyyən problemlər var. Maddi çətinliklərlə üzləşən ailə aidiyyəti qurumlardan kömək istəyir.
Azyaşlının anası Cəmilə Həsənova bildirib ki, övladı hər il narkoz altında müalicə alır və bu prosesdən sonra vəziyyəti daha da ağırlaşır:
". İstəyirik ki, əlillik dərəcəsi düzgün müəyyənləşdirilsin və hər il yenidən dayandırılmasın. Yoldaşımın da işi yoxdur, özü də üçüncü qrup əlildir. Çətin vəziyyətdə yaşayırıq. Sənədləri təqdim etmişik, amma hələ də bizə heç bir cavab verilməyib".
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Rüstəm Nicat oğlu Həsənovun mövcud xəstəliyinə dair ekspertiza üçün əhəmiyyətli göstəricilər Nazirlər Kabinetinin təsdiq etdiyi əlilliyin müəyyən olunması meyarlarına uyğun gəlmədiyi üçün vətəndaş adına göndəriş sənədinin (Forma 88) rəsmiləşdirilməsi mümkün olmayıb.
-
MDB14:00Təcrübəli cərrah ögey oğlunu niyə öldürdü? - Dəhşətli cinayətin təfərrüatları
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu


























.png)












.jpg)