Sosial
Yasamal parkında tarixi su təsərrüfatı obyektlərinə həsr olunan sərgi - Foto
2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması münasibətilə Yasamal parkı ərazisində tarixi su təsərrüfatı obyektlərinə həsr olunan baxış sərgisi təşkil olunub.
Publika.az xəbər verir ki, sərgi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşəbbüsü ilə keçirilib.
Bildirilib ki, Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti, xüsusilə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” sərəncamı şəhərsalma və memarlıq sahəsində yeni inkişaf mərhələsinin əsasını qoyub.
Qeyd olunub ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biri strateji əhəmiyyət daşıyan su təsərrüfatı sahəsində müasir yanaşmaların tətbiqi, tarixi irsin qorunması və memarlıq dəyərlərinin yaşadılmasıdır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin həyata keçirdiyi layihələrin yalnız mühəndislik və kommunal xidmət baxımından deyil, həm də şəhərsalma və memarlıq baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Agentliyin fəaliyyət sahəsinə daxil olan bir sıra tikili və komplekslərin funksionallıqla estetik yanaşmanın vəhdətini özündə birləşdirərək ölkənin memarlıq irsinin dəyərli nümunələrinə çevrildiyi diqqətə çatdırılıb.
Sərgidə Azərbaycanın su təsərrüfatı tarixində mühüm yer tutan meliorasiya qurğuları, içməli su təchizatı sistemləri və bu sahəyə aid tarixi binaların memarlıq xüsusiyyətləri nümayiş etdirilib. Bildirilib ki, bu obyektlər özünəməxsus memarlıq üslubu ilə seçilərək ölkənin mühəndislik və memarlıq tarixinin ayrılmaz hissəsini təşkil edir.
-
MDB14:00Təcrübəli cərrah ögey oğlunu niyə öldürdü? - Dəhşətli cinayətin təfərrüatları
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu


























.png)












.jpg)