Sosial
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstərdilər - Foto
5-7 iyun 2026-cı il tarixlərində Mərakeş Krallığının Kasablanka şəhərində III Dünya Korporativ Oyunları keçirilib.
Publika.az xəbər verir ki, yarışlarda 180 komandadan 1500-ə yaxın idmançı müxtəlif idman növləri üzrə öz qüvvələrini sınayaraq əzmkar mübarizə aparıblar. Yarışda Fövqəladə Hallar Nazirliyinin də komandaları iştirak edərək yüksək nəticələr göstəriblər.
Belə ki, voleybol yarışlarında Azərbaycanı təmsil edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət voleybol komandası 6 oyun keçirərək finala vəsiqə qazanıb. Finalda isə komanda əzmkar oyun nümayiş etdirərək Rusiyanın “ROSTEK” komandasına 2:0 hesabı ilə qalib gələrək qızıl medala sahiblənib.
3x3 basketbol yarışlarında mübarizə aparan FHN-in kişilərdən ibarət basketbol komandası 5 oyun keçirərək finalda Mərakeşin "FOUNDEVER 1" komandasına 11:4 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, gizir Əli Bayramov stolüstü tennis üzrə yarışda 6 oyun keçirərək bürünc medal əldə etməyi bacarıb.
Qaliblər kubok, medal və diplomlarla təltif ediliblər.
-
MDB14:00Təcrübəli cərrah ögey oğlunu niyə öldürdü? - Dəhşətli cinayətin təfərrüatları
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu


























.png)












.jpg)