Sosial
Səhər yuxulu və yorğun olursunuz? - Enerjinizi artırmağın sadə yolları
Günə yorğun başlamaq və işə çatdıqdan sonra özünü yuxulu hiss etmək bir çox insanın qarşılaşdığı problemdir. Mütəxəssislər bildirirlər ki, bəzi sadə vərdişlər gün ərzində enerji səviyyəsini artırmağa kömək edə bilər.
Publika.az xəbər verir ki, səhər oyandıqdan sonra bir stəkan su içmək orqanizmin daha tez ayılmasına kömək edir. Qısa gəzinti və ya yüngül fiziki hərəkətlər isə qan dövranını sürətləndirərək yuxululuğu azaldır.
Mütəxəssislər səhər yeməyini buraxmamağı da tövsiyə edirlər. Zülal və faydalı karbohidratlarla zəngin qidalar gün ərzində enerji səviyyəsinin sabit qalmasına kömək edir.
Bundan əlavə, qapalı məkanda uzun müddət qalmaq yorğunluğu artıra bilər. Bu səbəbdən iş otağının mütəmadi havalandırılması və gün işığından maksimum istifadə olunması məsləhət görülür.
Qeyd olunur ki, gecə kifayət qədər yatmamaq gün ərzində yorğunluğun əsas səbəblərindən biridir. Böyüklər üçün hər gecə 7-9 saat keyfiyyətli yuxu tövsiyə edilir.
Mütəxəssislərin fikrincə, düzgün qidalanma, kifayət qədər su qəbulu və fiziki aktivlik enerjili qalmağın ən təsirli yolları hesab olunur.(Milli.Az)
-
MDB14:00Təcrübəli cərrah ögey oğlunu niyə öldürdü? - Dəhşətli cinayətin təfərrüatları
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu


























.png)












.jpg)