Sosial
İş yerlərində gender bərabərliyi mövzusunda tədbirlər keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş yerlərində gender bərabərliyi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısının alınması mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlər Xidmətin Bakı Şəhər İdarəsi və Abşeron-Xızı regional şöbəsi tərəfindən təşkil olunub.
Maarifləndirmə tədbirlərində Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, eləcə də dövlət və özəl sektorlarda fəaliyyət göstərən 150-yə yaxın işəgötürən və onların nümayəndələri iştirak ediblər.
Tədbirlər zamanı əmək münasibətlərində bərabər yanaşma prinsipinin təmin olunması, işə qəbul, əmək şəraiti, əməkhaqqı, vəzifə bölgüsü və karyera imkanları zamanı cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi barədə məlumat verilib.
Həmçinin iş yerlərində ayrı-seçkiliyin qarşısının alınması istiqamətində işəgötürənlərin üzərinə düşən vəzifələr, sağlam və ədalətli əmək mühitinin formalaşdırılması, işçilərin hüquqlarına hörmətlə yanaşılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirlərin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Gender bərabərliyinin təmin olunmasının əmək münasibətlərində daha ədalətli və səmərəli iş mühitinin formalaşmasına da töhfə verdiyi vurğulanıb.
Maarifləndirmə tədbirləri 18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində və “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən təşkil olunub.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin






















.webp)
.png)










.jpg)
.jpg)