Sosial
Qəşəm Nəcəfzadə: "Kəramət dedi ki, 40 ildir birlikdəsiniz, bezməmisiniz?!" - Video
Publika.az xəbər verir ki, Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı şair, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə olub.
Müasir dövrdə ailələrin dağılmasının səbəblərindən və insanların reallıqla barışa bilməməsindən söz açan Qəşəm Nəcəfzadə cəmiyyətdəki bəzi aktual problemlərə toxunub.
"Ailələr dağılır. Niyə? Çünki heç birinin xəyalı yoxdur. Evlənəndən bir-iki ay sonra deyirlər ki, bu mənim xəyalımdakı insan deyil və ayrılırlar. İnsan həyatın ona qismət etdiklərinə qane olmağı bacarmalıdır. Bəzi adamlar fikirləşirlər ki, mən daha yaxşı biri ilə evlənə bilərdim, niyə ömrümü puç etdim?! Halbuki xoşbəxtlik kənarda deyil, insanın öz daxilindədir və qarşındakı ilə dialoq qurmağı bacarmalısan", - deyə o bildirib.
Şair həmçinin ailə daxilində sevgi, vərdiş və münasibətlərin formalaşması anlayışına toxunub. Onun sözlərinə görə, ailəni illərlə ayaqda saxlayan güc iddia edildiyi kimi ilk günkü hisslər deyil:
"Bu dünyada vərdişdən, bir-birinə bağlanmaqdan daha böyük sevgi yoxdur. Oğlum Kəramət bir dəfə status yazmışdı ki, "ata, 40 ildir bir yerdəsiniz, necə bezməmisiniz, yorulmamısınız?". Əslində, ailəni ayaqda saxlayan bağlanmaq və vərdişdir. Öz həyat yoldaşına hörmət qoymayan, onu xoşbəxt etməyən kişi başqa heç bir qadını da xoşbəxt edə bilməz".
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin






















.webp)
.png)










.jpg)
.jpg)