Sosial
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərində özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik ailə təsərrüfatlarına infotur təşkil edib.
QHT nümayəndələri, o cümlədən Nazirlik yanında İctimai Şuranın üzvləri üçün təşkil olunan infotur zamanı Aysel Novruzova, Günəş Heydərova və Xuraman Cəfərovanın proqramın dəstəyi ilə “Un məmulatları istehsalı” və “Qadın gözəllik salonu” zərfləri üzrə qurduqları kiçik biznes sahələrinə baxış olub.
Proqram iştirakçıları doğma yurdlarında daim dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin edilərək qurduqları ailə təsərrüfatlarını inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.
İnfotur çərçivəsində Dövlət Məşğulluq Agentliyinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi aktiv məşğulluq proqramları, habelə özünüməşğulluq proqramı barədə QHT nümayəndələrinə ətraflı məlumat verilib.
Bildirilib ki, qeyd edilən ərazilərə köçürülmüş sakinlərdən ötən dövrdə 881 nəfər, o cümlədən Füzuli şəhəri üzrə 54 nəfər bu proqram çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin edilib. Verilmiş aktivlər hesabına onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik ailə bizneslərini qurublar.
Görüşdə infotur iştirakçılarının sualları cavablandırılıb, fikir və təklifləri dinlənib.
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial29 Avqust 20:12İdarə rəisi işdən çıxarıldı






















.webp)
.png)









.jpg)
.jpg)