Sosial
İki rayonun bəzi ərazilərində işıq olmayacaq
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqələrində (TM) təmir işi həyata keçiriləcək.
Publika.az xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək iyunun 16-da Zahid Xəlilov, Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil, iyunun 17-də isə Əsəd Əhmədov, Murad Mirzəyev, Məhəmməd Xiyabani küçələri, Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-lərdə aparılacaq təmir-təftiş işləri zamanı fasilə saat 10:00-dan 13:00-dək iyunun 16-da Rüstəm Rüstəmov, Musa Əliyev, iyunun 17-də Şirin Mirzəyev və Əliağa Kürçaylı küçələrinin bəzi hissələrini əhatə edəcək.
İyunun 17-də Salyan Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Seyidsadıqlı kəndi də yenidənqurma işlərinə cəlb ediləcək. Beləliklə, saat 10:00-dan 13:00-dək Marışlı və Seyidsadıqlı kəndləri gərginliksiz qalacaq.
Təmir-təftiş və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial29 Avqust 20:12İdarə rəisi işdən çıxarıldı






















.webp)
.png)









.jpg)
.jpg)