Sosial
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazandı
“Azercell”in baş dəstəkçisi olduğu Uşaq Paralimpiya Hərəkatının yeniyetmə və gənc idmançıları 2026-cı ilin ilk yarısında beynəlxalq arenada uğurlu çıxışlarını davam etdiriblər. Bu dövrdə gənc paralimpiyaçılar beynəlxalq turnirlərdə 9 qızıl, 12 gümüş və 13 bürünc olmaqla ümumilikdə 34 medal qazanıblar.
İlin ilk yarışında gənc paralimpiyaçılar paraüzgüçülük, parapauerliftinq, parabadminton, parataekvondo və parakarate üzrə keçirilən beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər. Parapauerliftinq üzrə Avropa Açıq Çempionatında milli komanda 4 qızıl, 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 12 medal qazanaraq turnirin ən uğurlu komandalarından biri olub. Parataekvondo üzrə Avropa Çempionatında Sabir Zeynalov karyerasında ilk dəfə Avropa çempionatının gümüş medalına sahib olub.
Fərdi nailiyyətlər arasında 17 yaşlı parakarateçi Aysel Əhmədlinin WSF versiyası üzrə Şotokan Dünya Çempionatında qızıl medal əldə etməsi və 14 yaşlı parabadmintonçu Zəhra Salmanlının debüt etdiyi Dünya Çempionatında ən gənc iştirakçı kimi ilk qələbəsini qazanması xüsusi diqqət çəkib. Yeniyetmə paraüzgüçü Əli Vəliyev isə Dünya Seriyası da daxil olmaqla beynəlxalq yarışlarda qazandığı 6 medalla ilin ilk yarısının ən uğurlu gənc idmançılarından biri olub.
Hesabat dövrünün əsas hadisələrindən biri də Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatının keçirilməsi olub. Yarışda 30-a yaxın yeniyetmə və gənc idmançı 9 müxtəlif kateqoriya üzrə bacarıqlarını nümayiş etdirib.
“Azercell Telekom” MMC 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatının baş dəstəkçisidir. Şirkətin davamlı dəstəyi sayəsində Uşaq Paralimpiya Komitəsinin fəaliyyət dairəsi genişlənib, yüzlərlə uşaq müntəzəm şəkildə idmanla məşğul olmaq imkanı qazanıb. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının inkişafına töhfə verməklə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji inkişafına, özünəinamının və motivasiyasının artmasına, eləcə də sosial inteqrasiyasının güclənməsinə müsbət təsir göstərib.
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video
-
Qoroskop00:00Günün ULDUZ FALI - Riskli qərarlardan uzaq durun
-
İdman27 Avqust 23:40"Barselona"nı bəyənən Qurbanov Bakıda kimə azarkeşlik edəcək?
-
İdman27 Avqust 22:48"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNDİ
-
Magazin227 Avqust 22:36Braziliya gözəli hamiləlik səbəbindən tacını itirdi - FOTO
-
Maraq dünyası27 Avqust 22:24Milyonçu uğurlu evliliyin sirlərini açıqladı - “Gecə saat 1-də...”









.jpg)

























.jpg)
.jpg)
