Sosial
“Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə
“Bizim Cəbiş müəllim” filminin məşhur obrazından reklam çarxında istifadə edilib.
Publika.az Qafqazinfo-ya xəbər verir ki, “Rabitəbank” tərəfindən hazırlanan reklamda Cəbiş müəllim obrazı pul krediti şərtlərinin təqdimatını edir. Süni intellektlə hazırlanan videonun prosesi zamanı müəllif hüquqları ilə bağlı məsələlərin nəzərə alınmadığı bildirilir.
Məsələyə Cəbiş müəllim obrazı ilə tanınmış Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova da münasibət bildirib. O, “Bizim.media”ya açıqlamasında atasının yaratdığı unudulmaz obrazın bu şəkildə kommersiya məqsədləri üçün istifadəsini ürəkağrısı ilə qarşıladığını deyib. S.Ələsgərovanın sözlərinə görə, reklam çarxı hazırlanmazdan əvvəl “Rabitəbank” tərəfindən onlarla heç bir əlaqə saxlanılmayıb və obrazın istifadəsi ilə bağlı hər hansı razılıq alınmayıb: “Atam ömrünü aktyorluq sənətinə həsr etmiş bir sənətkar idi. Onun yaratdığı Cəbiş müəllim obrazı isə illər keçsə də, insanların yaddaşında yaşayır. “Bizim Cəbiş müəllim” də bizim milli sərvətimizdir. Belə bir əsərin və onun obrazlarının pul qazanmaq məqsədilə reklama çevrilməsi məni çox məyus etdi. “Rabitəbank”ın bu addımını pisləyirəm. Bu, təkcə müəllif hüquqları məsələsi deyil, həm də sənətkara və onun yaratdığı irsə münasibətdir”.
Aktyorun qızı əlavə edib ki, belə hallarda müəlliflərin və onların hüquqi varislərinin razılığı alınmalı, milli-mədəni irsə daha həssas yanaşılmalıdır.
Qeyd edək ki, 1969-cu ildə müharibə-dram janrında çəkilən filmin rejissoru Həsən Seyidbəyli, ssenari müəllifi isə Maqsud İbrahimbəyov olub.
-
Səhiyyə00:15Beynin qocalmasını ləngidən möcüzə - Bu vitamin xilaskar ola bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Özünüzə zərər verə bilərsiniz
-
İdman24 Sentyabr 23:36Çox qorxuncdur – Anri hansı komandanı deyir?
-
Magazin124 Sentyabr 22:36"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
-
İdman24 Sentyabr 22:2441 yaşlı Ronaldo millinin start heyətində - VİDEO
-
ABŞ24 Sentyabr 22:00Daha bir ölkə səması İran üçün bağlandı - Xüsusi sərəncam olmasa...
-
İKT24 Sentyabr 21:24"TikTok" milyonlarla dollar cərimə ödəyəcək - “ByteDance” geri çəkildi
-
ABŞ24 Sentyabr 21:12Paşinyan Sinirlioğlu ilə hansı məsələləri müzakirə edib?























.jpg)










