İKT
"TikTok" milyonlarla dollar cərimə ödəyəcək - “ByteDance” geri çəkildi
“TikTok” 2023-cü ildə Britaniya İnformasiya Komissarının İdarəsi (ICO) tərəfindən tətbiq edilmiş 12,7 milyon funt-sterlinq (16,8 milyon dollar) məbləğində cərimədən şikayət apellyasiyasını geri götürüb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Geri çəkilmə qərarı cərimənin ödənilməsi haqqında göstərişin qəti şəkildə qüvvəyə mindiyini bildirir.
““TikTok” cərimədən şikayət etmişdi, lakin indi apellyasiyanı geri götürüb ki, bu da cərimə sərəncamının qəti şəkildə qüvvəyə minməsi deməkdir”, – deyə ICO-dan bildiriblər.
Sanksiyaya 13 yaşından kiçik uşaqların fərdi məlumatlarının işlənməsi qaydalarının pozulması səbəb olub. ICO-nun məlumatına görə, 2020-ci ildə təxminən 1,75 milyon britaniyalı bu yaşda uşaq xidmətin qaydalarının qeydiyyatdan keçməyə icazə verməsinə baxmayaraq, “TikTok”dan istifadə edib. Böyük Britaniya qanunvericiliyi şirkətlərdən onlayn xidmətlər göstərərkən 13 yaşından kiçik uşaqların məlumatlarının işlənməsi üçün valideynlərin və ya qəyyumların razılığını almalarını tələb edir.
Xatırladaq ki, sentyabr ayında “TikTok”un yaradıcısı Çjan İmin hindistanlı sahibkar Qautam Adanini qabaqlayaraq ilk dəfə Asiyanın ən varlı adamı olub.
“TikTok” qısa videoların dərc edilməsi platformasıdır. O, 2017-ci ildə istifadəyə verilib, xidmətin beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda ortaya çıxıb. Sosial şəbəkənin sahibi Çinin “ByteDance” texnologiya şirkətidir.
Hüseyn İbadlı
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...























.jpg)













