Sosial
Bu ölkələrin vətəndaşlarına Azərbaycana viza tələbi ləğv edildi
Bosniya və Herseqovina və Sinqapur Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı ilin 1 avqust tarixindən 2027-ci ilin 1 avqust tarixinədək Azərbaycan Respublikasının ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bu, ətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə edilib.
"Yeni qaydalara əsasən, qeyd olunan ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycana üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər.
Ölkəyə turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.
-
Magazin220:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO







.jpg)








.jpg)



















.jpg)

