Dünya
Qapalı şam yeməyində səfir və nazir arasında böyük qırğın: “Burada hakimiyyəti dəyişə bilərik”
ABŞ-nin Yunanıstandakı səfiri, Prezident Donald Trampa yaxınlığı ilə tanınan Kimberli Gilfoyla aid edilən sözlər Afinada siyasi zəlzələyə səbəb olub.
Publika.az xəbər verir ki, “The Wall Street Journal”ın geniş araşdırmasında mart ayında Afinada Yunanıstan və ABŞ rəsmilərinin iştirak etdiyi şam yeməyində baş verdiyi bildirilən gərgin insidentdən bəhs olunur.
Nəşrin məlumatına görə, Gilfoyl ilə Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavru arasında mübahisə yaranıb. Söhbət həmin vaxt Rumıniyadakı hakimiyyət dəyişikliyinə gəlib çatıb.
Məlumata əsasən, ABŞ səfiri Kimberli Gilfoyl belə deyib:
“Biz bunu istədiyimiz istənilən ölkədə edə bilərik. Burada da edə bilərik”.
Papastavru isə buna etiraz edərək ABŞ-nin xalq tərəfindən seçilmiş Yunanıstan hökumətini dəyişdirə bilməyəcəyini bildirib. Bundan sonra tərəflər arasında söhbətin daha da gərginləşdiyi qeyd olunur.
Gilfoylun vəkili də nəşrə söhbətin bu şəkildə təsvir edilməsinə etiraz edib.
Kimberli Gilfoyl Donald Trampın siyasi çevrəsinə yaxın fiqurlardan sayılır. O, əvvəllər Donald Trampın oğlu Donald Tramp Jr. ilə nişanlı olub. Cütlük 2024-cü ildə ayrılıb. Gilfoyl regionda ABŞ qazının daşınmasını nəzərdə tutan Şaquli Qaz Dəhlizinin fəal tərəfdarlarından biri kimi də çıxış edir. (Musavat.com)
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO











.jpg)




















.jpg)
.jpg)