Sosial
Rusiyada yaşamaq sevdasına düşənlərə ÜZÜCÜ XƏBƏR - Putin daha bir qadağa qoydu
Rusiya Prezidenti Vladimir Putin məhkumluğu olan əcnəbilərin ölkə vətəndaşlığı və ya yaşayış hüququ əldə etməsini qadağan edən qanunu imzalayıb.
Publika.az xəbər verir ki, sənəd hüquqi aktların rəsmi portalında yayımlanıb.
Qanun Rusiya ərazisində və ya onun hüdudlarından kənarda törədilmiş cinayətə görə məhkumluğu götürülməmiş və ya ödənilməmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Bu hal müvəqqəti yaşamaq icazəsinin və daimi yaşamaq icazəsinin verilməsindən imtina üçün əsas olacaq. Bundan əlavə, 14 yaşına çatmış miqrantlar ərizə təqdim edilməzdən ən çox üç ay əvvəl mənşə ölkəsində verilmiş məhkumluğun olmaması barədə arayışı təqdim etməlidirlər.
14 yaşınadək yetkinlik yaşına çatmayanlar, qaçqınlar, müqavilə əsasında hərbi xidmət keçənlər və döyüş əməliyyatlarının iştirakçıları üçün istisnalar nəzərdə tutulub.
İyulun sonunda Putin əmək miqrantlarının ölkədə qalması və işləməsi qaydalarını sərtləşdirən bir sıra qanunları da imzalayıb.
Hüseyn İbadlı
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO







.jpg)














.png)

.jpg)













