Sosial
“Dost Əllər” layihəsi çərçivəsində inklüziv masterklass keçirildi
“Veysəloğlu MMC” sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyətin müxtəlif qruplarının inkişafına dəstək göstərməyə davam edir.
Publika.az xəbər verir ki, bu barədə “Veysəloğlu MMC”-dən məlumat verilib. Şirkətin həyata keçirdiyi “Dost Əllər” layihəsi çərçivəsində, Dr. Oetker markasının tərəfdaşlığı ilə Kaşalata Cafedə neyromüxtəlifliyi olan gənclər üçün xüsusi masterklass təşkil olunub.
Masterklass Xonça Fabrikinin baş texnoloqu Elnur Zeynalovun rəhbərliyi ilə baş tutub. Tədbir zamanı autizmli gənc Həmzə cupcake-lər hazırlayıb, digər iştirakçılar isə onları böyük həvəslə bəzəyərək prosesdə fəal iştirak ediblər.
Layihənin əsas məqsədi neyromüxtəlifliyi olan gənclərin sosial inteqrasiyasına dəstək vermək, onların yeni bacarıqlar əldə etmələri üçün imkan yaratmaq, yaradıcılıq potensialını təşviq etmək və faydalı, öyrədici mühitdə xoş təcrübələr qazanmalarına töhfə verməkdir.
“Veysəloğlu MMC” sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyətin müxtəlif qruplarının inkişafına dəstək göstərməyə, inklüziv təşəbbüslərin genişlənməsinə və cəmiyyət üçün davamlı dəyər yaratmağa davam edir.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO







.jpg)














.png)

.jpg)













